reklam
Millinin maaşla bağlı iddiası rədd edildi
Sportfm.az xəbər saytı

Millinin maaşla bağlı iddiası rədd edildi


Kaliforniyadakı federal məhkəmə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin yerli federasiyaya qarşı qeyri-bərabər maaşla bağlı iddiasını rədd edib. 

Sportfm.az xəbər verir ki, oyunçular daha az maaş aldıqları, ucuz otellərdə qaldıqları və daha pis şəraitdə məşq etdikləri üçün iddia qaldırıblar. 

Hakim oyunçuların maaşla bağlı iddiasını rədd edib, lakin qeyri-bərabər iş şəraiti ilə bağlı fikirlərini dəstəkləyib. Federal məhkəmə bu məsələyə iyunun 16-da baxacaq. 

Qeyd edək ki, məhkəmə iddiası 2019-cu ildə komandanın kapitanı Aleks Morqanın təşəbbüsü ilə qaldırılıb. Oyunçular 66 milyon ABŞ dolları təzminat tələb ediblər. 

Oxşar xəbərlər

Robinyonun iddiası rədd edildi - Həbs cəzası təsdiqləndi
Neymar Barcelona-ya uduzdu
Milli komanda məhkəməni uduzdu
Mahir Emrelinin valideynləri əmlaklarını bölüşdürə bilmir - Məhkəmə olacaq
Güləş Federasiyası sabiq işçilərinin maaş probleminə münasibət bildirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər