reklam
Sportfm.az xəbər saytı

"Formula 1"-də mövsümün başlanma tarixi açıqlandı


"Formula 1"-in rəhbəri Çeyz Keri 2020-ci il dünya çempionatının təqvimi ilə bağlı rəsmi bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, Keri mövsümün ilk yarışını iyul ayının əvvəlində "Red Bull Rinq"də keçirməyi planlaşdırdıqlarını qeyd edib:
"Mövsümə iyul, avqust və sentyabr ayının əvvəllərində Avropadakı mərhələlərlə start verməyi planlaşdırırıq. İlk yarış 3-5 iyul tarixlərində Avstriyada olmalıdı. Sentyabr, oktyabr və noyabrda Avrasiya, Asiya, Amerika mərhələləri keçirilməlidi. Mövsümə dekabrda Bəhreyn və ənənəvi Əbu-Dabi yarışları ilə yekun vurmaq istəyirik. Builki dünya çempionatı 15-18 mərhələdən ibarət olmalıdı. Mümkün olan ən qısa müddətdə təqvimin yekun variantını paylaşacağıq.
İlk yarışların azarkeşlərsiz keçirilməsi gözlənilir. Amma ümid edirik ki, təqvim irəlilədikcə onlar "Formula 1"-in bir hissəsinə çevriləcəklər".
Qeyd edək ki, bu gün Fransa Qran-prisinin koronavirus pandemiyası səbəbindən ləğv olunduğu açıqlanmışdı.

Oxşar xəbərlər

"Formula 1" təhlükəsizlik avtomobili - FOTO
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Formula 1-in təqvimi açıqlandı - 8 mərhələ
Azərbaycan qran-prisinin yeni vaxtı məlum oldu
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər