reklam
Azərbaycanlı futbol referisi koronavirusa yoluxdu
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbol referisi koronavirusa yoluxdu


Türkiyədə Karabük Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, dad və qoxu hisslərini itirdiyi üçün xəstəxanaya müraciət edən Məmmədovun testi pozitiv çıxıb.

 Türkiyə aktiv Futbol Hakimləri və İnspektorları dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer bildirib ki, referi müalicə üçün xəstəxanaya yerləşdirilib.

 Məmmədov Karabük universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir. Onun Karabükdəki otaq yoldaşları dərslər dayandırıldığı üçün Azərbaycana qayıdıb.

Oxşar xəbərlər

"Beşiktaş"ın prezidenti virusa yoluxdu - İkinci dəfə
Futbol hakimləri koronavirusa yoluxdu - Türkiyədə
Rövşən Binnətli ilə Fikrət Adıgözəlli də koronavirusa yoluxdu
Azərbaycanlı hakim koronavirusa qalib gəldi
"Atəş daha mavi yansın" deyərək, klubu xilas etməyə çalışırlar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər