Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Onlayn məşqə gecikənlər cərimələnəcək -Açıqlama
“Liverpul”un baş məşqçisi Yurgen Klopp koronavirus pandemiyasına görə tətbiq olunan karantinlə əlaqədar evlərində olan futbolçulara keçdiyi onlayn məşqlərdən danışıb.
Sportfm.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun saytına açıqlamasında məşqə gecikənləri cəzalandırdığını açıqlayıb. Klopp bildirib ki, məşqə gecikən hər bir futbolçu müvafiq cərimə ilə üzləşəcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün geridə qalan 29 turu ərzində 82 xal toplamış “Liverpul” zirvədə qərarlaşıb. Bu komandanın ən yaxın izləyicisi “Mançester Siti” isə liderdən 25 xal geri qalır.
Oxşar xəbərlər
Klopp "Liverpul"dan gedir - Rəsmi açıqlama
Alman məşqçidən yeni rekord
Dünyanın ən yaxşı 5 məşqçisi - SİYAHI
"Liverpul"un futbolçusu zədələndi
Almaniyalı İngiltərənin ən yaxşısıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası