Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emili korrupsiyada ittiham edirlər -Qalmaqal
"Barselona"nın keçmiş vitse-prezidenti Emili Ruso yenidən klub rəhbərliyini korrupsiyada ittiham edib.
Sportfm.az xəbər verir ki, Ruso "Marca"ya açıqlamasında "Barselona"nın maliyyə komitəsindən müsbət rəy almaq üçün fırıldaqçılığa əl atdığını iddia edib:
"Klub ofşor zonalarda yerləşən müxtəlif şirkətlərlə bağladığı müqavilələr haqqında məlumatları silib (İspaniyada bu, qanun pozuntusudu - red.). Bu, "Barselona"dakı korrupsiya faktını təsdiqləmək üçün yetərlidi. Sırf daxili nəzarətdən yayınmaq və bazar qiymətləri əsasında sövdələşmələrə nəzarət edən maliyyə komitəsindən, o cümlədən idarə heyətindən müsbət rəy almaq üçün atılmış addımdı.
Bu mövzuda mənə etibar edə bilərsiniz. Dediklərim tamamilə obyektivdi. İfadə etdiyim fikirlərinin hər birinin səbəbi var. Təəssüf ki, klubdakı bu pozuntulara diqqət çəkməyim istefama səbəb oldu".
Daha əvvəl Ruso "katalonlar"ın rəhbərliyini klub büdcəsindən oğurluq etməkdə günahlandırmışdı.
Qeyd edək ki, 9 apreldə aralarında Emili Ruso da olmaqla, "Barsa" idarə heyətinin 6 üzvü istefa vermişdi.
Oxşar xəbərlər
Klub prezidentinin başı dərddə
Samuel Etoya görə FİFA-ya müraciət olundu
Araşdırmalar başladı - Bölgə klubu maliyyə fırıldağında ittiham olunur
"Barselona"nın prezidenti korrupsiyada ittiham olundu - Messiyə qarşı kiberhücumlar təşkil etdi
"Barselona"da kütləvi istefa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası