reklam
Sportfm.az xəbər saytı

"Formula 1"in sabiq pilotu vəfat etdi


"Formula 1" üzrə dünya çempionatlarının mərhələ yarışlarının dəfələrlə qalibi olmuş britaniyalı pilot Stirlinq Moss 90 yaşında vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə keçmiş sürücünün həyat yoldaşı Süzi Moss "Daily Mail"ə açıqlamasında bildirib. 

Qeyd edək ki, Stirlinq Moss "Formula 1"də 1951 - 1961-ci illərdə yarışıb. O, qatıldığı 67 Qran-prinin 16-dan qalib ayrılıb, 24 dəfə podiuma qalxıb. 

S.Moss "Formula 1"in ən bəxtsiz sürücülərindən sayılır. O, dünya çempionatlarında 4 dəfə gümüş, 3 dəfə bürünc medal qazansa da, heç vaxt çempion ola bilməyib. 

Oxşar xəbərlər

İtaliyadakı Qran-prinin qalibi bilindi - Formula 1
Keçmiş pilot dünyasını dəyişdi - Formula 1
Məşhur pilot vəfat etdi - FOTO
"Sudzuka" trası sehrbazları gözləyir - Bu gün "Formula 1" üzrə Yaponiya Qran Prisinə start verilir
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur - Luis Hamilton

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər