reklam
Güləşçimiz haqqında ŞOK qərar: Olimpiya medalı əlindən alındı
Sportfm.az xəbər saytı

Güləşçimiz haqqında ŞOK qərar: Olimpiya medalı əlindən alındı


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticələrini ləğv edib. Sportfm.az xəbər verir ki, onların arasında iki azərbaycanlı atlet də var. Ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimovun qanlarında qadağan olunmuş turinabol maddəsinə rast gəlinib. BOK-un qərarına əsasən, hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyi üçün nəticələri keçərli sayılmayıb.
94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. Vitali isə 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. O, həm medalı, həm də diplomunu təhvil verməlidir.
Qeyd edək ki, hər iki idmançı artıq karyeralarını başa vurublar.

Oxşar xəbərlər

Nizami Paşayev üçqat dünya çempionu oldu - FOTO
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Toğrul Əsgərov Olimpiya çempionu adından məhrum edilə bilər
Dünya çempionumuzda dopinq aşkarlandı
Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər