Tribunada virtual azarkeşlər -VİDEO
Avropada davam edən yeganə futbol çempionatı olan Belarusda maraqlı addım atılıb.
Sportfm.az xəbər verir ki, "Dinamo Brest" klubu "Şaxtyor"la qarşılaşmada bir tribunanı virtual azarkeşlərə ayırıb. Həmin tribunaya biletləri dünyanın fərqli yerlərindən olan insanlara satılıb.
Biletləri alan azarkeşlərin manekenləri həqiqi fanatlarla birgə qoyulub.
Klubun saytında satışa çıxarılan virtual biletin birini 26 dollara almaq mümkündür. Bundan əlavə, bileti ala şəxs, şəklini kluba göndərməlidir. Klub işçiləri manekenlərin üzərinə bilet alan şəxsin fotosunu qoyur.
"Dinamo Brest" virtual biletlərdən əldə ediləcək gəliri COVID-19 pandemiyası ilə mübarizəyə ayıracağını açıqlayıb. Klub ilk ev oyununda 780 dollar qazanıb. Komandanın aprelin 12-də "İsloş"la matçında da virtual fanatlar yer alacaq.
Oxşar xəbərlər
Virtual idman, real həyəcan - “Misli”
Məşhur “Binqo” oyunu indi “Misli.az”da
Mövsümlər bitsə də, “Misli”də matç bitmir - VİDEO
Məvacibləri bitkoinlə ödəniləcək - YENİLİK
Mariya Stadnik virtual yarışda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası