Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatında 17 ildən sonra yaşanan hadisə
Misli Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.
Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
40 ay aradan sonra - Yenilik
Derbilərdə görünməmiş vərəqə sayı: 4 qırmızı
20 tur, 19 penalti və 16 qol - STATİSTİKA
Azərbaycan çempionatında bir ilk
"Qəbələ"nin 50-ci böyük hesablı qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası