Olimpiya Oyunları üçün təsnifat dövrünün tarixi açıqlandı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokioda 2021-ci il Olimpiya Oyunları üçün təsnifat dövrünün başa çatmasının yeni müddətini açıqlayıb. Bu barədə məlumatı BOK-un mətbuat xidməti yayıb.
Sportfm.az xəbər verir ki, Oyunlar üçün seçim dövrü 2021-ci il iyunun 29-da başa çatacaq. Qeyd edilir ki, beynəlxalq idman federasiyaları təsnifatların başa çatması müddətlərini özləri müəyyən edə bilərlər, lakin təsnifatlar BOK-un müəyyən etdiyi tarixdən gec başa çatmamalıdır.
Oyunların 2021-ci ilə keçirilməsinə baxmayaraq, Olimpiya təsnifatından keçmiş idmançılar Olimpiadada iştirak etmək hüququnu saxlayacaqlar. O da bildirilir ki, Olimpiya kvotalarının 57 faizi artıq paylanıb, təqribən 5000 kvota isə hələ oynanılmalıdır.
Tokioda Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi, lakin koronavirus pandemiyasına görə 2021-ci ilin yayına keçirildi. Yarışlar iyulun 23-dən avqustun 8-dək nəzərdə tutulub.
Yeni koronavirusun törətdiyi xəstəliyin ocağı 2019-cu ilin sonunda Mərkəzi Çində aşkar edilib. Xəstəlik dünya ölkələrinin və regionlarının çoxuna yayılıb. Martın 11-də bu xəstəlik Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib. Son məlumata görə, dünyada təqribən 1,3 milyon adam koronavirusa yoluxub, 70 mindən çox ölüm halı qeydə alınıb.
Oxşar xəbərlər
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Qonaqların sayı iki dəfə azaldılacaq - Tokio-2020
Tokio Olimpiya Oyunları yenə təxirə salınacaq
Olimpiya alovunun açıq nümayişi dayandırılacaq - Koronavirusa görə
Yay Olimpiya Oyunları təxirə salınmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası