reklam
Qonaqların sayı iki dəfə azaldılacaq -
Sportfm.az xəbər saytı

Qonaqların sayı iki dəfə azaldılacaq -Tokio-2020


Yaponiya hökuməti “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarına gələcək rəsmi qonaqların sayını iki dəfə azaltmaq imkanlarını araşdırır.

Sportfm.az xəbər verir ki, bu barədə Kyodo agentliyi şənbə günü məlumat yayıb. Bildirilir ki, hazırda Olimpiya Oyunlarına təqribən 90 min xarici qonağın gələcəyi gözlənilir. Onların təqribən 30 mininin idmançılardan, komandaların digər üzvlərindən və xidmət heyətindən ibarət olacağı qeyd edilir.

Yaponiya hökuməti bu heyətdə yarışlarla birbaşa əlaqəsi olmayan əcnəbi qonaqların sayını təqribən iki dəfə azaltmaq niyyətindədir. 

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

Oxşar xəbərlər

Olimpiadada əcnəbi qonaqların sayı artırılır - Qərar
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Tomas Bax Yaponiyaya səfər edəcək
Dövlət liderlərini müşayiət edənlərin sayı məhdudlaşdırılacaq - Tokio-2020
Tokio Olimpiadasının xərcləri azaldılacaq - 284 milyon dollar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər