Matçlar üç gündən bir keçiriləcək -Qərar
İspaniya Futbol Federasiyası, oyunçular birliyi və La Liqa rəhbərlərinin konfransı baş tutub.
Sportfm.az xəbər verir ki, iclasda çempionatın bərpa ediləcəyi halda, oyunların qrafiki müzakirə edilib. Oyunçular birliyi komandaların üç gündən bir oynamalı olduğunu təklif edib. Tərəflər bu şərti qəbul ediblər.
Federasiyanın prezidenti Luis Rubiales futbolçuların sağlamlığına önəm verəcəklərini deyib:
"Futbolçuların sağlamlığını rəqabətdən üstün tuturuq. May, iyun, iyul, avqust ayları isti keçir. Nəm hava və günəş şüalarının yaratdığı təhlükə altında tez-tez oynamaq mümkün deyil. Üç gündən bir oyun keçirmək olar. Matçlarda ən azı iki dəfə su fasiləsi verilməlidir".
İspaniya La Liqasının mayın sonunda və ya iyunun əvvəlində bərpa ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Futbolçular mövsümün erkən bərpasını istəmir
Futbolçular matçlara maska ilə çıxacaq - FOTO
Kapitanlar maaşların azalmasına razı olmadı
Son qərarı Futbol Federasiyası verəcək - Çempionat keçirilsinmi?
Federasiya komandalara yardım edəcək - 500 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası