Son qərarı Futbol Federasiyası verəcək -Çempionat keçirilsinmi?
İtaliyanın idman naziri Vinçenzo Spadafora A Seriyasının bərpa olunması ilə bağlı açıqlama verib.
Sportfm.az xəbər verir ki, idman naziri, çempionatın may ayının əvvəlində bərpa olunmasının çətin olduğunu bildirib:
“Çempionata aprelin sonunda və ya mayın əvvəlində davam edə biləcəyimizlə bağlı nikbin fikirlər var. Turnirlər yenidən keçirilməyə başlasa, oyunların boş tribunalar qarşısında oynanılacağını əminliklə deyə bilərəm. Amma çempionatın mayın 3-də başlayacağına inanmıram. Son qərarı İtaliya Futbol Federasiyası verəcək, amma liqanın may ayında bərpa olunmaq ehtimalı çox azdır. Federasiya çempionatları yayın sonunadək dayandıra bilər. Oyunların keçirilməsinin iyul və avqust aylarında davam etmək ehtimalı da var”.
Daha əvvəl yayılan xəbərlərdə A Seriyasında oyunların mayın əvvəlində bərpa olunacağı bildirilmişdi.
Oxşar xəbərlər
Mövsümün bərpasına icazə verildi
Mövsüm iyunun 13-də bərpa oluna bilər - Amma...
Çempionatın bərpa tarixi açıqlandı
Mövsümün bərpası ilə bağlı açıqlama verildi
İtaliya klublarına şok xəbər - "Mövsümün bərpasından söhbət getmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası