Azərbaycanlı Avropa şahmat birliyində direktor oldu
Azərbaycanlı mütəxəssis Sərxan Həşimov Avropa şahmat birliyinin qlobal strateğiya komitəsinin direktoru təyin edilib.
Sportfm.az xəbər verir ki, bu barədə qərarı qurumun idarə heyəti verib. Həşimov Avropa şahmat birliyində rəhbər vəzifədə çalışacaq ilk azərbaycanlı olub.
Həmyerlimiz bu vəzifəyə görəvləndirilməsində onun idarəetmə, strategiya inkişafı, sponsorluq üçün biznes təkliflərinin yaradılması sahəsindəki bacarıq və təcrübəsi, həmçinin dünya miqyasında aparıcı şirkətlərlə əlaqələri əhəmiyyətli rol oynayıb.
Avropa şahmat birliyinin ilk və yeganə azərbaycanlı təmsilçisinin əsas öhdəliklərinə idman fəaliyyətlərini dəstəkləmək üçün Beynəlxalq Biznes Mühitinin təhlili, əsas strateji prioritetlərin təbliği və hərtərəfli strateji plana çevrilməsi, sponsorluq, biznes və İT layihələrində qurumun strategiyasının tərtibi və həyata keçirilməsi, sponsorluq paketləri və B2B tərəfdaşlıqlarının yaradılması kimi məsələlər daxil olacaq.
Sərxan Həşimov Microsoft, SAP, Oracle, HP kimi qabaqcıl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, regiondakı nailiyyətlərinə görə, 2018-ci ildə Microsoft-un qızıl mükafatına layiq görülüb. O, həmçinin, iki il ərzində Oracle şirkətlərinin ən çox müvəffəqiyyət qazanmış əməkdaşları sırasında olub, SAP şirkətində isə ən yaxşı işçi adını qazanıb.
Sərxan qitə çempionu, tanınmış mərhum qossmeyster Vüqar Həşimovun böyük qardaşıdır.
Oxşar xəbərlər
Yeni nazir Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış oldu - FOTO
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
Vüqar Həşimovun adına klub təsis edildi
Azərbaycanda yeni klub yaradıldı
Tələbələr beynəlxalq qrossmeysterə qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda














Misli Premyer Liqası