Teymuru əvəz edən qrossmeyster:"Rəcəbov haqlı idi"
Teymur Rəcəbovun COVID-19 infeksiyasına görə iddiaçılar turnirindən imtina etməsindən sonra FIDE onu fransalı şahmatçı Maksim Vaşye-Laqrafla əvəzlədi.
Sportfm.az xəbər verir ki, 29 yaşlı qrossmeyster chess.com saytına turnirin yarımçıq dayandırılması barədə danışıb.
"Öncədən bilirdik ki, turnir istənilən gün dayandırıla bilər. Mənim üçün çətin olmadı, öz işimi görürdüm, hazırlaşırdım, adi bir turnir kimi idi. Hiss edirdim ki, partiyalar da kifayət qədər keyfiyyətli idi. FIDE-nin mövqeyini də anlayıram, onlar turniri keçirmək istəyirdilər. Yarışdan imtina edən Teymur Rəcəbov haqlı idi, amma Rusiyada xəstəlik çox da güclü yayılmadığından turnir sona qədər davam edə bilərdi. FIDE əlindən gələni etdi. İnanmıram ki, onları nədəsə günahlandırmaq olar".
Rəcəbovu turnirdə əvəz edən Vaşye-Laqraf 7 turdan sonra yarışın turnir cədvəlində 1-2-ci yerləri bölüşür. Beynəlxalq Şahmat Federasiyası aprelin 14-dək davam etməli olan yarışı koronavirus pandemiyasına görə təxirə salıb.
Oxşar xəbərlər
Teymur Rəcəbov FIDE ilə barışdı - İddiaçılar Turniri ilə bağlı
Rəcəbovla FİDE arasında qalmaqal böyüyür: "Məni qaytarmalıdırlar"
"Teymura dəstək olsaydı, hər şey tam fərqli olardı" - Şəhriyar Məmmədyarov
İddiaçılar turniri yarımçıq dayandırıldı
Teymur Rəcəbov "iddiaçı" olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası