reklam
İddiaçılar turniri yarımçıq dayandırıldı
Sportfm.az xəbər saytı

İddiaçılar turniri yarımçıq dayandırıldı


Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turniri yarımçıq dayandırılıb.

Sportfm.az xəbər verir ki, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin bərpa ediləcəyi tarix açıqlanmayıb. Yarışın səkkizinci turdan davam etdiriləcəyi bildirilib.

Turnir iştirakçıları Yekaterinburqu bu gün tərk edəcəklər.

Qeyd edək ki, Yan Nepomnyaşi və M.Vaşe-Laqrav 4,5 xalla 7 turdan sonra turnirdə birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları, A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko və L.Dinq 2,5 xal toplayıblar.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Oxşar xəbərlər

Teymur Rəcəbov mübarizəyə başlayır - İddiaçılar turniri
İddiaçılar turnirinin bərpa vaxtı dəqiqləşdi
İddiaçılar Turniri bərpa olunur - Yekaterinburqda
Bu gün iddiaçılar turniri start götürəcək
İddiaçılar Turniri azarkeşsiz keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər