Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda keçiriləcək dünya çempionatında 19 ölkə iştirak edəcək
Bakıda keçiriləcək hərbçilər arasında 36-cı dünya çempionatında 19 ölkə iştirakını təsdiqləyib.
Sportfm.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Mərkəzinin rəisi Elşən Mirzəyev mətbuat konfransında məlumat verib.
O bildirib ki, yarışla bağlı Beynəlxalq Hərbi İdman Şurasının internet saytı vasitəsilə təşkilata üzv ölkələrə dəvət göndərilib: “Çempionatda sərbəst güləş üzrə 103, yunan-Roma güləşi üzrə 156 iştirakçı olmaqla, ümumilikdə 259 idmançı və 87 rəsmi şəxsin iştirakı dəqiqləşdirilib. İştirakla bağlı sifarişlər gəlməkdə davam edir. Təxminən 400-ə yaxın heyətin iştirakı gözlənilir”.
E.Mirzəyev Azərbaycan yığmasının dünya çempionatında çıxış edəcək heyətinin bəlli olduğunu söyləyib: “Ancaq təlim-məşq toplanışında zədə və ya başqa problem yarana bilər. Buna görə də, tam heyət yarışa az vaxt qalmış müəyyənləşəcək”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “İdmanla dostluq” şüarı altında “Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında 36-cı dünya çempionatı təşkil olunacaq.

Oxşar xəbərlər
Ölkə çempionatında bir ilk yaşanacaq
İki güləşçimiz dünya çempionu oldu
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Bakıda növbəti idman turniri keçiriləcək
Hərbçi güləşçilərimiz Makedoniyada yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa

Misli Premyer Liqası