Rəşad Əhmədov və Elnur Amanov Rabata yola düşür
Taekvando üzrə Qran-Pri turnirinin növbəti mərhələsi Mərakeşin paytaxtı Rabatda keçiriləcək.
Sportfm.az xəbər verir ki, avqustda Moskvada start verilən Qran-Prinin ikinci mərhələsi sentyabrın 22-24-də təşkil olunacaq. G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamızın üzvləri də iştirak edəcəklər.
Baş məşqçi Reza Mehmandoustun, böyük məşqçi Rəşad Əhmədovun və eləcə də qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi təmsil edəcək səkkiz taekvondoçu artıq Rabat şəhərinə yollanıb.
Yarışda qalib gələn idmançı aktivinə 40, ikinci yerin sahibi 24, üçüncü yerə çıxanlar isə 14,4 reytinq xalı əlavə edəcəklər. Qran-Prinin sonrakı mərhələsi Londonda, final mərhələsi isə Kot-d'İvuarın paytaxtı Abicanda təşkil ediləcək.
Oxşar xəbərlər
"Şah" mat edə bilmədi
Yaponiya Qran-Prisində ölkəmizi 8 idmançı təmsil edəcək
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı - FOTO
Taekvando üzrə yığmamız Kot-Divuarda Qran-Pri yarışlarında iştirak edəcək
Qran Prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası