reklam
Azərbaycan Şahmat Federasiyası hansı əyri əməllərlə məşğuldur? -
Sportfm.az xəbər saytı

Azərbaycan Şahmat Federasiyası hansı əyri əməllərlə məşğuldur? -İFŞA


Azərbaycan millisinin xanım şahmatçılarının Azərbaycan Şahmat Federasiyasından narazılığı yalnız əməkhaqqıların 700 manata endirilməsi ilə bağlı deyil.

Sportfm.az xəbər verir ki, 2020-ci ildən qurum son Avropa çempionatının bürünc mükafatçılarının maaşlarını da vaxtında vermir.  

Şahmat ölkəsinin şərəfini beynəlxalq yarışlarda inamla qoruyan peşəkarlar həm təkrarlanan devalvasiyalar  fonunda qəpik-quruş sayılan aylıqlarından, həm də gündəlik yaşama belə çətinliklə çatan əməkhaqqıların vaxtında köçürülməməsindən təngə gəlib. 

Düzdü, qadınlardan ibarət yığmaya qitə birinciliyinin bürünc medallarını qazandıqları üçün mükafat verilib. Hər şahmatçıya 15 min azn pul çatıb. Lakin federasiyanın verdiyi digər sözlər söz olaraq qalıb. 

Qurum rəhbərliyi hər yığma üzvünə xüsusi məşqçi ayrılacağını, qrosmeyster xanımların əlavə yarışlara göndəriləcəyini desə də, vədinə xilaf çıxıb (fanat.az).

Oxşar xəbərlər

Tanınmış şahmatçı millimizdə
Şahmat üzrə Avropa çempionatı təxirə salındı
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Azərbaycan çempionatı başladı
Şahmatçılarımız Batumidə Gürcüstanı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər