reklam
Türkiyənin arzusu çin olur! -
Sportfm.az xəbər saytı

Türkiyənin arzusu çin olur! -Avropa Çempionatı qardaş ölkədə?


Futbol üzrə 2020-ci il Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilə bilər.

Sportfm.az xəbər verir ki, bununla bağlı məlumatı İtaliya mətbuatı yayıb. Məlumatda deyilir ki, UEFA prezidenti Aleksander Çeferin yeni tip koronavirusa görə AVRO-2020-nin ev sahibliyi edəcəyi ölkəni dəyişdirməyə hazırlaşır. Onun siyahısında koronavirusun yayılmadığı və ya daha az yayıldığı ölkələr yer alıb. Hazırda Avropa çempionatını qəbul etmək üçün ən uyğun ölkə Türkiyədir.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə AVRO-2024-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Lakin həmin vaxt Almaniya seçilmişdi.

Xatırladaq ki, AVRO-2020 12 iyun -12 iyul tarixlərində baş tutacaq. Açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Oxşar xəbərlər

Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
UEFA-dan daha bir açıqlama - Koronavirusla bağlı
Cəza Türkiyə millisindən yan keçdi
Bakıya birbaşa reys olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər