reklam
UEFA-dan daha bir açıqlama -
Sportfm.az xəbər saytı

UEFA-dan daha bir açıqlama -Koronavirusla bağlı


UEFA dünyada sürətlə yayılmaqda olan koronavirusla bağlı vəziyyəti yaxından izləyir.

Sportfm.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, UEFA koronavirus və onun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır:

“AÇ-2020 iyulun 12-də İtaliyanın paytaxt Romada başlayacaq. Hazırda turnirin planlaşdırılan cədvəlində bir dəyişikliyə ehtiyac yoxdu. Bu məsələ daim nəzarətdə saxlanılacaq”.

Qeyd edək ki, AÇ-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels – İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. Hansı ki, İtaliya koronavirusun Avropada ən çox yayıldığı ölkədi.

Oxşar xəbərlər

UEFA açıqlama verdi - Koronavirusla bağlı
Türkiyə prezidenti AVRO-2020-ni Bakıda izləyəcək
Cəza Türkiyə millisindən yan keçdi
Bakıya birbaşa reys olacaq
“Azərbaycanda öz meydanımızda oynayacağıq” - Şenol Günəş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər