reklam
Start heyətində meydana çıxdı, 24 saniyə sonra əvəzləndi -
Sportfm.az xəbər saytı

Start heyətində meydana çıxdı, 24 saniyə sonra əvəzləndi -FOTO


Rumıniya çempionatının II turunda keçirilmiş "Qaz Metan" - ÇFR matçında maraqlı hadisə baş verib.

Sportfm.az xəbər verir ki, CFR-in baş məşqçisi Dan Petresku oyun başlayandan 24 saniyə sonra əvəzetmədən istifadə edib.

53 yaşlı mütəxəssis görüş başlayan kimi 18 yaşlı Alin Fikunu oyundan çıxarıb. Reqlamentə əsasən, yaşı 21-dən çox olmayan klubun iki yetirməsi start heyətində meydana çıxmalıdır. Fikudan başqa, ÇFR-in digər yetirməsi Valentin Kostaçe ilk dəqiqələrdən meydanda olub.

Qeyd edək ki, dövrünün məşhur rumın futbolçularından olan Dan Petresku karyerası ərzində İtaliyanın "Cenoa", İngiltərənin "Çelsi" və "Sauthempton" kimi tanınmış klublarının formasını geyinib. 2003-cü ildən məşqçiliyə başlayan 53 yaşlı mütəxəssis 2019-cu ildən CFR-ə rəhbərlik edir.

    

Oxşar xəbərlər

Tanınmış futbolçu millinin baş məşqçisi oldu - Təyinat
Super Liqa klubunda Dan Petresku dönəmi başladı
Həndbolçu futbol üzrə millinin heyətində meydana çıxdı - Yoldaşlıq görüşü
16 yaşlı futbolçu 13-cü saniyədə əvəzləndi - VİDEO
"Sivasspor" güclənməkdə davam edir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər