reklam
Super Liqa klubunda Dan Petresku dönəmi başladı
Sportfm.az xəbər saytı

Super Liqa klubunda Dan Petresku dönəmi başladı


Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Dan Petresku çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumın mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.  
Qeyd edək ki, Petresku “Kayserispor”a bu mövsüm rəhbərlik edən üçüncü məşqçi olacaq. Mövsümə Bayram Bektaşla başlayan Kayseri təmsilçisi daha sonra Samet Aybabaya tapşırılmışdı. Super Liqada geridə qalan 16 tur ərzində cəmi 10 xal toplamış “Kayserispor” 21 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. 
Dan Petreskunun sonuncu iş yeri ötən mövsüm çalışdırdığı ÇFR (Kluj) olub. 53 yaşlı mütəxəssis “Rapid” (Buxarest), “Visla” (Krakov), “Kuban” (Krasnodar), “Dinamo” (Moskva) kimi klublara da rəhbərlik edib.

Oxşar xəbərlər

Super Liqa klubunda yeni baş məşqçi - Müqavilə
İnzaqinin yeni iş yeri məlum oldu - 3 illik müqavilə
Super Liqa klubunda yeni baş məşqçi
Şenol Günəşin köməkçisi Prosineçkini əvəz edəcək!
"Qalatasaray"la oyundan öncə onu gətirdilər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər