Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fatih Terim: "Sürpriz istəmirik"
Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda Kosovayla qarşılaşacaq. Sportfm.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis onları çətin oyunun gözlədiyini bildirib: "Seçmə mərhələnin ilk oyununda səfərdə Xorvatiya ilə heç-heçə etdik. Bu, yaxşı nəticədi. Ancaq sonradan İslandiyaya səfərdə 0:3 hesabıyla məğlub olduq. Bunu normal nəticə sayıram. Bu komandaların hər ikisiylə evdə oynayacağıq. Əslində, biz sadəcə, 2 xal itirmişik. Xorvatiya ilə səfər oyununda hamı bizim 4-5 qol buraxacağımızı düşünürdü. Ancaq uşaqlar meydana çıxdılar və bir xal aldılar. Sabah bizim Kosovaya qarşı çox çətin oyunumuz var. Hamı bu oyunun bizim üçün asan keçəcəyini düşünür. Ancaq belə deyil. Hansısa sürpriz istəmirik. Bundan öncəki kimi tələyə düşməyəcəyik”.
Qeyd edək ki, Türkiyə - Kosova görüşü bu gecə saat 23:45-də start götürəcək.
Oxşar xəbərlər
Fatih Terim Yunanıstan klubunda - RƏSMİ
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Fatih Terim bir futbolçunu əfv etdi
"Slovan"ın baş məşqçisi: "Bu, bizim üçün ən çətin oyun idi"
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Turan" 3 xal qazandı - Premyer Liqa















Misli Premyer Liqası