İdmançılarımız Açıq Asiya turnirinə gedə bilmədi -Koronavirusa görə
Livanın paytaxtı Beyrutda keçirilməsi planlaşdırılan para-taekvondo üzrə Açıq Asiya turniri ləğv edilib.
Sportfm.az xəbər verir ki, Türkiyə Taekvondo Federasiyasından "NTV Spor"a verilən açıqlamada yarışın koronavirusa görə baş tutmadığı bildirilir. Martın 2-də start götürməli olan yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.
Lakin Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Report"a verilən açıqlamada Açıq Asiya turnirinin baş tutmayacağı təsdiqlənib. MPK-dan o da əlavə edilib ki, yarışın Təşkilat Komitəsi turnirin baş tutmama səbəbini açıqlamayıb.
ATF-nin Mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov bununla bağlı onlara hansısa səbəbin deyilmədiyini vurğulayıb: "Komandamız yarışa getməyib və bunun üçün heyət baş məşqçi tərəfindən təqdim olunmayıb. Federasiyamıza koronavirusla bağlı məlumat verilməyib. Türkiyə mətbuatında elə yazılıbsa, yəqin, belədir".
Oxşar xəbərlər
Para-atletika üzrə dünya çempionatı ləğv edildi - 2024-cü ildə keçiriləcək
Asiya Kuboku təxirə salındı
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlar
Taekvondoçumuz Avropa çempionu oldu
Taekvondo yığmasında yeni təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
XI turun oyun cədvəli - II Liqa
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları














Misli Premyer Liqası