“Könüllülər kuboku” təşkil olunacaq
AFFA 2020-ci il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər kuboku” təşkil edəcək.
Sportfm.az xəbər verir ki, “Avro-2020”nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək yarış Avropa çempionatı çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.
“Könüllülər kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi “Avro-2020” oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.
“Avro-2020”də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün son tarix martın 2-dir.
Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. Beş ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.
Oxşar xəbərlər
Göygöldə Avropa Kuboku keçiriləcək - Azərbaycanda bir ilk
Bakıda “Avro-2020” məlumat mərkəzi istifadəyə verildi - FOTO
Bakını kim təmsil edəcək?
Avro-2020-nin açılışına namizəd şəhərlər müəyyənləşdi
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası