Bakının “Avro-2020”yə hazırlığı müzakirə olundu
2020-ci ildə 13 şəhərdə təşkil olunacaq futbol üzrə Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıya səfərə gəliblər.
Sportfm.az xəbər verir ki, noyabrın 17-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Avro-2020”nin ev sahibi ölkələrin layihələrinin rəhbəri Guillaume Poisson və Fan-zonalar üzrə menecer Tomas Qlur ilə görüşüb.
UEFA nümayəndələrinə “Avro-2020” ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində “Avro-2020” zamanı yaradılacaq fan-zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Xatırladaq ki, “Avro-2020”nin 4 oyunu (qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Oxşar xəbərlər
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı - FOTO
70 nəfərlik heyət Bakıya gəldi - Avro-2020 üçün
Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
UEFA nümayəndələri Elxan Məmmədovla görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Emrelinin komandasından ikinci qələbə
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa














Misli Premyer Liqası