reklam
Çin idmançıları karantinə alındı
Sportfm.az xəbər saytı

Çin idmançıları karantinə alındı


Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi. Martda Çinin Sian şəhərində keçirilməli olan güləş üzrə Asiya Lisenziya Turniri bu məkanda baş tutmayacaq.

Sportfm.az xəbər verir ki, koronavirus səbəbindən Ümumdünya Güləş Birliyi Çindən təşkilatçılığı alıb.

Təşkilatçılıq isə Qırğızıstanın paytaxtı Bişkekə verilib. Həmin yarış 27-29 mart tarixlərində keçiriləcək.

Həmçinin, bu yarışda Çin güləşçiləri də iştirak edə biləcək. Ancaq onlar yarışdan əvvəl Serbiyanın paytaxtı Belqrada göndərilib. Çünki orada onları geniş karantin prosesi gözləyir. Belqradda olduqları müddətdə Çin idmançıları güləşə aid bütün predmetlərlə və sağlamlıq qidaları ilə təchiz olunacaqlar.

Onu da bildirək ki, Hindistan hökuməti fevralın 18-dən Nai Dili şəhərində keçirilən güləş üzrə Asiya çempionatı üçün ötən həftə Çin güləşçilərinə viza verməkdən imtina edib.

Bununla belə, Hindistan Badminton Assosiasiyası (HBA) 24-29 mart tarixlərində keçirilicək və Olimpiada üçün lisenziya xalları verəcək “India Open” turnirində Çin və Honkonq idmançılarının iştirakına müsbət yanaşdığını ifadə edib. HBA artıq viza üçün Hindistanın İdman və Xarici İşlər nazirliklərinə müraciət edib.

Qeyd edək ki, indiyə olan duruma görə, hazırda Çinin beş güləşçisi Olimpiadaya vəsiqə qazanıb.(oxu.az)

Oxşar xəbərlər

Daha 2 iştirakçı məlum oldu - “Vüqar Həşimov Memorialı-2022” turniri
Badmintonçumuzdan tarixi lisenziya - Tokio-2020
2021-ci ilin yarış təqviminə dəyişikliklər edildi - Dünya Güləş Birliyi
Pakistan Asiya çempionatından imtina etdi
Karateçilərimiz Bolqarıstana yola düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər