Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizdən rekord nəticə -Avropa çempionatı
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.
Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.
Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.
Qeyd edək ki, çempionata sentyabrın 25-də yekun vurulacaq.

Oxşar xəbərlər
Yığmamız Avropa Çempionatında ilk medalını qazandı
Boksçularımızdan tarixi nəticə - Dünya kuboku
4 boksçumuz yarımfinala yüksəldi - Dünya kuboku
Boksçumuz bürünc medalı təmin etdi
Millimiz Avropa çempionatında rekordunu yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası