reklam
2021-ci ilin yarış təqviminə dəyişikliklər edildi -
Sportfm.az xəbər saytı

2021-ci ilin yarış təqviminə dəyişikliklər edildi -Dünya Güləş Birliyi


Dünya Güləş Birliyi (UWW) 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib.

Sportfm.az xəbər verir ki, buna səbəb pandemiyanın daha da güclənməsidir. Daha əvvəl yanvarda keçirilməsi planlaşdırılan Matteo Pellikone turniri mart ayına təxirə salınıb. Reytinq xarakterli yarış martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.

Fevralda təşkili nəzərdə tutulan Avropa çempionatı isə apreldə baş tutacaq. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitənin ən güclü güləşçiləri müəyyənləşəcək. Varşavada reytinq xarakterli turnir də keçiriləcək. Bu yarış isə iyunun 8-13-də təşkil olunacaq.

Gələn ilin ilk lisenziya yarışı sayılan Avropa Olimpiya Təsnifat turniri öz vaxtında – martın 18-21-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Ancaq Dünya Olimpiya Təsnifat turniri daha əvvəl açıqlanan tarixdən bir həftə sonra baş tutacaq. Belə ki, Olimpiadaya son lisenziyaların veriləcəyi yarış mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada reallaşacaq.

Qeyd edək ki, gələn ilin ilk beynəlxalq yarışları yanvarın ortalarında Fransa (Nitsa) və Xorvatiyada (Zaqreb) keçiriləcək Qran-Pri turnirləri olacaq.

Oxşar xəbərlər

Olimpiya lisenziyalı turnirin vaxtı açıqlandı
Güləşçilərimiz üçün mükafat fondu açıqlandı - 600 min
Avropa çempionatının vaxtı dəyişdirildi
Hacı Əliyev Avropa çempionatında iştirak etməyəcək
Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər