Karateçilərimiz Bolqarıstana yola düşdü
Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə mayın 24-də Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında ilk liqa turniri start götürüb.
Sportfm.az xəbər verir ki, milli komandamızın üzvləri mayın 28-dək davam edəcək turnirdə mübarizə aparmaq üçün Bolqarıstana yola düşüblər.
Bu yarış oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Gənclərdən və kişilərdən ibarət milli komandaların baş məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyev məsul yarışda 10 idmançını sınaqdan çıxaracaqlar.
Elmir və Elnur Aşurov qardaşlarından (müvafiq olaraq 55 və 61 kq) başqa, Xəqan Həsənov (55 kq), Tural Yaqubov (68 kq), Məhəmməd Məmmədov və Bəxtiyar Rzayev (hər ikisi 68 kq), Amil Bünyadzadə və Musa Sarıyev (+76 kq), həmçinin Mədinə Sadıqova (48 kq) və Polina Hurenko (53 kq) turnirdə Olimpiadaya lisenziya xalları uğrunda mübarizə aparacaqlar.
Yarışlarında idarə olunmasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov də iştirak edəcəklər.
Oxşar xəbərlər
Azərbaycan Gənclər Liqasında iştirak edəcək - Beynəlxalq turnir
Millimiz İstanbulda Karate-1 Premyer Liqa turnirində iştirak edəcək
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər
Azərbaycanın gənc karateçiləri İspaniyada dünya çempionatında iştirak edəcəklər
Karateçilərimiz beynəlxalq turnirdə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şəfa”nın prezidenti Kopenhagendə - FOTO
-
"Sumqayıt"ın heyətində amerikalı oyunçu
-
Çexiya İngiltərəyə, İspaniya Xorvatiyaya qarşı - Millətlər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu
-
“Neftçi” – “Turan Tovuz” oyununun vaxtı məlum oldu - Premyer Liqa















Misli Premyer Liqası