reklam
Azərbaycan çempionatında oyun yarımçıq dayandırıldı -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında oyun yarımçıq dayandırıldı -Komandalar meydana çıxmaqdan imtina etdi


Futzal üzrə Yüksək Liqada XV turun "Marafon" – "Araz" oyunu yarımçıq dayandırılıb.

Sportfm.az xəbər verir ki, hadisəyə “Marafon” komandasının görüşün 26:09 dəqiqəsində hakimin qərarına etiraz edərək meydanı tərk etməsi səbəb olub. Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" klubu hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Qeyd edək ki, görüşü futzal üzrə FIFA referisi Hikmət Qafarlı idarə edib. 

Oxşar xəbərlər

EKOL və “Neftçi”dən qələbə
"Marafon" "Araz"a mövsümdə ilk məğlubiyyətini yaşatdı
"Marafon" təqibi davam etdirir
Futzal çempionatında hansı oyun canlı yayımlanacaq?
"Marafon"dan qələbə, "Araz" və "Neftçi"dən 3 xal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər