reklam
Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi
Sportfm.az xəbər saytı

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi


Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in keçiriləcəyi tarix dəqiqləşib. Sportfm.az Avropa voleybol konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış sentyabrın 20-də start götürəcək. 12 gün davam edəcək çempionatın qalibinin adına isə oktyabrın 1-də aydınlıq gələcək. Noyabrın 24-də Heydər Əliyev Mərkəzində turnirin püşkü atılacaq. Tədbirdə bir sıra federasiya rəsmilərinin də iştirakı gözlənilir. Mərasimdən sonra isə mətbuat konfransı olacaq.
Avro-2017-də Gürcüstanda cəmi bir qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.
Yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları - Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk "beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulacaq.

Oxşar xəbərlər

Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr
Voleybol üzrə Avropa çempionatının ilk günü - Nəticələr və təqvim
Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir
Avropa çempionatı öncəsi test oyunu keçirildi
Avro-2017 Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər