Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir
Bu gün Azərbaycanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start verilir.
Sportfm.az xəbər verir ki, ilk oyun Bakıda Ukrayna və Rusiya yığmaları arasında baş tutacaq. A qrupunda mübarizə aparan Azərbaycan millisi isə ilk matçda Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız sentyabrın 24-də Polşa, 25-də isə Almaniya komandası ilə qarşılaşacaq. Millimizin bütün görüşləri saat 18:00-da başlayacaq.
Bu gün, həmçinin İtaliya - Gürcüstan, Serbiya - Çexiya, Belarus - Xorvatiya, Niderland - Belçika, Polşa - Almaniya və Türkiyə - Rusiya qarşılaşmaları keçiriləcək.
Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda təşkil ediləcək.
Yarışda 16 komanda mübarizə aparacaq. A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Euro-2017: Xorvatiya turnirlə vidalaşdı
Euro-2017: Belarus yığması 1/4 finalda
Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr
Voleybol üzrə Avropa çempionatının ilk günü - Nəticələr və təqvim
Azərbaycan voleybolçuları Avropa çempionatında ilk oyunu qələbə ilə başa vurublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası