reklam
Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr
Sportfm.az xəbər saytı

Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr


Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində ikinci yarış günü başa çatıb.

Sportfm.az saytı nəticələri təqdim edir:

A qrupu

Polşa - Macarıstan 3:1

B qrupu

Gürcüstan - Xorvatiya 1:3

İtaliya - Belarus 3:1

C qrupu

Bolqarıstan - Ukrayna 3:2

Türkiyə - Rusiya 1:3

D qrupu

Çexiya - Belçika 3:1

Serbiya - Hollandiya 3:0

Bu gün "A" qrupunda Azərbaycan - Polşa, Almaniya - Macarıstan, "B" qrupunda Gürcüstan - Belarus, Xorvatiya - İtaliya, "C" qrupunda Bolqarıstan - Türkiə, "D" qrupunda Belçika - Serbiya, Çexiya -Hollandiya oyunları keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda - A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Oxşar xəbərlər

Euro-2017: Xorvatiya turnirlə vidalaşdı
Euro-2017: Belarus yığması 1/4 finalda
Voleybol üzrə Avropa çempionatının ilk günü - Nəticələr və təqvim
Azərbaycan voleybolçuları Avropa çempionatında ilk oyunu qələbə ilə başa vurublar
Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər