Azərbaycanlı futbolçunun böyük uğuru -İngiltərə klubu ilə 3 illik müqavilə imzaladı
Renat Dadaşov "Vulverhempton"un əsas komandasında debütə hazırlaşır.
Sportfm.az xəbər verir ki, Britaniya mətbuatı 20 yaşlı hücumçunun Avropa Liqasının 1/16 final mərhələsində "Espanyol"la qarşılaşmada meydana çıxacağını yazıb.
Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu Premyer Liqanın oyunlarına görə, əsas heyətin üzvlərinə istirahət verəcək. Bu səbəbdən də Renat Dadaşovun oyunun gedişində meydana buraxılacağı gözlənilir.
Bundan əlavə, Renat Dadaşov yeni sponsorluq anlaşması bağlayıb. Azərbaycan millisinin üzvü "Adidas" şirkəti ilə 3 illik müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən, yeni butslar satışa çıxarılanda Renata ən azı 3 dəst veriləcək. Futbolçuya xüsusi büdcə ayrılıb və o, dünyanın istənilən "Adidas" mağazasından idman dəsti və butsı ala biləcək.
Oxşar xəbərlər
Dadaşov 95-ci dəqiqədə meydana çıxdı və qəhraman oldu - VİDEO
Renat Dadaşovun taleyi necə olacaq? - "Vulverhempton" yeni hücumçu transfer edir
Renat Dadaşovun komandası həkimlərə maska payladı - FOTO
Milli futbolçumuza “Adidas” sponsurluq edəcək
Renat Dadaşov "Vulverhempton" forması ilə meydana çıxdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası