Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dadaşov 95-ci dəqiqədə meydana çıxdı və qəhraman oldu -VİDEO
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda "Riu Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub.
Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.
"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonensi" - "Mafra" cütünün qalibi olacaq.
Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.
Oxşar xəbərlər
Renat Dadaşovun komandasından bir ilk - Finala yüksəldi
Dadaşov "Benfika"ya qarşı oynadı - 18 dəqiqə
Dadaşovun komandası qələbə qazandı - Portuqaliya çempionatı
Millimizin hücumçusu karantinə alındı - Koronavirusa görə
Dadaşov Portuqaliyada yoluna davam edir - Kubok
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası