reklam
Sportfm.az xəbər saytı

"Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik"


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq millimizin baş məşqçisi Robert Prosineçki oyundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb. Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xorvat mütəxəssisin fikirlərini təqdim edir: «Hər iki komandanı böyük oyun gözləyir. Bu günə kimi qrupda 3 oyun keçirmişik, məğlub olmamışıq. Bu, futbolçuları oyuna motivasiyasını yüksəldən amildir. Bura vaxt keçirməyə gəlməmişik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Şimali İrlandiya yığması güclü komandadır. Futbolçuların əksəriyyəti İngiltərə komandalarında oynayır. Yığma son Avropa çempionatının iştirakçısıdır. Oyuna yaxşı hazırlaşmışıq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik. Yeganə itkimiz Rəşad Sadıqovdur. Dizindən zədə alıb. Oynaya bilməyəcək. Digər 23 futbolçunun hamısı oyuna hazırdır».

Oxşar xəbərlər

“Oyuna ciddi hazırlaşmışıq" - Emin Mahmudov
"Bu gün güclü komanda qalib gəldi"
Milli komandamızın kapitanı məlum oldu
Yığmamızla oyuna qara sarğıda çıxacaqlar
Maykl Onil: "Bizi Azərbaycanla çətin oyun gözləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər