Ölkəmizdə çalışmış mütəxəssisdən proqnoz: Azərbaycan millisi uduzacaq
AFFA-nın keçmiş idman direktoru, ingilis mütəxəssis Daril Villard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, "Belfast Telegraph” nəşrinə açıqlamasında Villard bunları deyib:
"Azərbaycan futbolunda son illərdə çox şey dəyişib. Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan millisi daha inamlı çıxış etməyə başlayıb. O, özü də güclü futbolçu olub və meydanda oyunçulardan nə tələb etmək lazım olduğunu yaxşı bilir. Xorvat mütəxəssis istəyir ki, komandası meydanda daha sərbəst oynasın, daha çox hücuma atılsın. Əvvəlki məşqçinin dövründə bu baxımdan çatışmazlıqlar var idi. Komanda əvvəlki seçmə mərhələlərdə bir qayda olaraq müdafiə barədə düşünürdü. Amma indi onlar daha çox hücum edir, qol vurmağa çalışırlar. Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov komandada 100-dən çox oyun keçirib. O, ölkəsinin qəhrəmanıdı. Sadıqov daha böyük uğurlara nail ola bilərdi. Amma ölkəsində qalmağa, öz klublarında oynamağa üstünlük verdi. O, yığma komanda üçün həlledici oyunçulardan sayılır. Şimali İrlandiya - Azərbaycan matçının çox maraqlı olacağına əminəm. Amma komandaların çox qol vuracağına inanmıram. Meydan sahiblərinin 1:0 hesablı qələbə qazanacağını gözləyirəm".
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |