reklam
Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər müəyyənləşdi -FOTO


"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. Birinciliyin son günündə oğlanlar və qızlar arasında səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qızların yarışında Səbinə Qədirova (52 kq), Diana Şoranova (63 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) oğlanların mübarizəsində isə Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Oxşar xəbərlər

Paytaxtın ən güclüləri bilindi
Cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu - FOTO
Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi - FOTO
Cüdoçular arasında Azərbaycan birinciliyi davam edir - FOTO
Bakı birinciliyinin ilk gününə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər