Ustalıqlarını Hövsanda nümayiş etdirəcəklər
Fevralın 6-da Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qızlar arasında üç çəki dərəcəsində (44 kq, 52 kq, 63 kq) qaliblər müəyyənləşib.
Oğlanların mübarizəsində isə 55 kq, 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb.
Qalibləri sizə təqdim edirik:
-55 kq Cəlalov Sadiq
-66 kq Ələsgərli Nihad
-81 kq İmamverdiyev Məhərrəm
-100 kq Nəsirli Ruslan
Qızlar
-44 kq İbrahimova Əsma
-52 kq Məmmədova Mələkxanım
-63 kq Hüseynova Leyla
Oxşar xəbərlər
Paytaxtın ən güclüləri bilindi
Cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu - FOTO
Cüdo üzrə açıq Bakı çempionatına start verildi
Gənc cüdoçular başladı - Bakı birinciliyində 32 klub iştirak edir
Bakı birinciliyinin ilk gününə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası