reklam
Koronavirus olimpiadaya mane olmayacaq
Sportfm.az xəbər saytı

Koronavirus olimpiadaya mane olmayacaq


Yaponiya koronavirusun Çində yayılması ilə əlaqədar Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv edilməsini düşünmür.

Sportfm.az xəbər verir ki, bu həftə yarış vaxtı yoluxucu xəstəliklərlə mübarizə tədbirlərinin müzakirə olunacağı iclas keçiriləcək. Bu barədə Olimpiya və Paralimpiya Oyunlarına məsul nazir Seyko Hasimoto parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında bildirib. O, Təşkilat Komitəsinin yarışların ləğvi məsələsinə baxmadığını vurğulayıb: "Oyunların uğurlu keçirilməsi üçün hər cür səy göstərmək niyyətindəyik. Yoluxucu xəstəliklərin qarşısının alınmasının son dərəcə vacib olduğuna əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyirik".

Qeyd edək ki, Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq. Çində koronavirusa yoluxanların sayı 17205 nəfərə, ölənlərin sayı 361-ə çatıb

Oxşar xəbərlər

Daha 24 nəfərdə koronavirus aşkarlandı - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
"Tokio-2020"nin Təşkilat Komitəsində yeni rəhbər
"Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir" - Yaponiyalı nazir
Tokio Olimpiadası baş tutacaqmı? - Koronavirus mane olur!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər