reklam
Sportfm.az xəbər saytı

"Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir" -Yaponiyalı nazir


"Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarını idmançılar və təşkilatçıların hazırlığa sərf etdikləri səyləri də nəzərə alınmaqla, nəyin bahasına olursa-olsun, keçirmək lazımdır". 

Sportfm.az xəbər verir ki, bunu Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto deyib. 

"Oyunlarla əlaqəli olan bütün şəxslər birgə çalışır və hazırlıq işlərini görürlər. Bu, hazırkı şəraitdə ciddi səylər ortaya qoyan idmançılara da aiddir. Biz olimpiadanı istənilən halda keçirməliyik" deyə o, əlavə edib. 

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts "Tokio-2020"nin koronavirus olsa da, olmasa da gerçəkləşəcəyini açıqlayıb. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

 

Oxşar xəbərlər

İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Seçilmək üçün olimpiadanı ləğv edir
"Tokio olimpiadası təhlükəsiz şəraitdə keçiriləcək" - Qubernator
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Dünya çempionatı təxirə salındı - Paralimpiya Oyunlarına görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər