reklam
Dünya ulduzu erməninin səhlənkarlığı nəticəsində vəfat edib -
Sportfm.az xəbər saytı

Dünya ulduzu erməninin səhlənkarlığı nəticəsində vəfat edib -Məhkəmə çəkişməsi


MBA basketbolçusu Kobi Brayantın dul xanımı Vanessa Brayant həyat yoldaşı, qızı və digər 7 nəfərin ölümünə səbəb olmuş helikopter qəzasına görə helikopterin məxsus olduğu şirkəti məhkəməyə verib.

Sportfm.az xəbər verir ki, o, Los-Anceles dairəsinin ali məhkəməsində "Island Express Holding Corp." və "Island Express Helicopters" şirkətlərinə qarşı iddia qaldırıb. 

İddiaya görə, şirkət hava şəraitinin əlverişsiz olduğu bir vaxtda helikopterin uçmasına icazə verib. Sənəddə deyilir: "İttiham olunan "Island Express Helicopters" şirkətinin helikopterin təhlükəli hava şəraitində uçacağı barədə məlumatı vardı. Bununla belə, o, uçuşa icazə və istiqamət verib". 

İddiada, həmçinin qeyd olunub ki, avaiqəzada həlak olmuş pilot Ara Zobayan qatı dumanda saatda 290 kilometr sürətlə (saatda 180 mil) uçub. Helikopterin içindəkilər Zobayanın səhlənkar davranışı nəticəsində həlak olublar. 

Xatırladaq ki, Kobi Brayant və onun 13 yaşlı qızı Cianna yanvarın 26-da Los-Anceles yaxınlığındakı Kalabasas şəhərində helikopter qəzasında həlak olublar.(azərtac)

Oxşar xəbərlər

Bir forma 5.8 milyona satıldı
"Qara mamba"nın ölümündən əvvəl gizlin sövdələşmə - FOTO
Brayantın adı əbədiləşdiriləcək
Kobi Brayantın necə öldüyü məlum olub - Təfərrüat
Basketbolun əfsanəsi faciəvi şəkildə dünyasını dəyişdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər