reklam
Olimpiya çempionu iki il yarışlarından kənarlaşdırıldı
Sportfm.az xəbər saytı

Olimpiya çempionu iki il yarışlarından kənarlaşdırıldı


Braziliya cüdoçusu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası qərar çıxarıb. 28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun orqanizmində fenoterol maddasi aşkarlanıb.

Bu onu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək imkanından məhrum edə bilər. Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir.

Qeyd edək ki, Rafaela Silva 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir. 

Oxşar xəbərlər

Rəhimov Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verdi
İkiqat olimpiya çempionu beynəlxalq yarışlardan kənarlaşdırıldı - 9 ay müddətinə
Azərbaycanlı olimpiya çempionu yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər