Rəhimov Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verdi
Qazaxıstan yığmasının əslən azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov və Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) bir-birinə qarşı iddia qaldırıb.
Sportfm.az xəbər verir ki, məsələyə sentyabrın 22-də İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.
29 yaşlı idmançı dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinib. Beynəlxalq Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ittihamını irəli sürüb.
CAS isə bu il martın 22-də onu 8 il müddətinə bütün yarışlardan kənarlaşdırıb. Ağırlıqqaldıranın 15 mart 2016-cı ildən 18 yanvar 2021-ci ilədək göstərdiyi bütün nəticələr ləğv olunub. Beləliklə, Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 77 kq çəki dərəcəsində qazandığı qızıl medaldan məhrum edilib. Uzunmüddətli cəza ötən ilin 18 yanvarından hesablanmağa başlayıb.
Qərardan narazı qalan ağırlıqqaldıran IWF-ni cəzanın təşəbbüskarı sayaraq, CAS-a şikayət edib. Öz növbəsində, ITA-nın qərarını alqışlayan IWF onu məhkəməyə verib.
Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya, 2016-cı ildə isə olimpiya çempionu olub. Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.
Oxşar xəbərlər
Azərbaycanlı olimpiya çempionunun qızıl medalı əlindən alındı - 8 il diskvalifikasiya
Azərbaycanlı idmançının olimpiya medalı əlindən alındı - Ağır cəza
Azərbaycanlı olimpiya çempionu dəstək istədi - "Ağırlıqqaldırma mənim həyatımla bağlıdır"
"Məni ittiham edirlər" - Azərbaycanlı olimpiya çempionu
Azərbaycanlı olimpiya çempionu yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15














Misli Premyer Liqası