reklam
Formula 1 xeyriyyə hərracı keçirir -
Sportfm.az xəbər saytı

Formula 1 xeyriyyə hərracı keçirir -Meşə yanğınlarından zərər çəkənlərə görə


Formula 1 şirkəti Avstraliyanın meşə yanğınlarından daha çox əziyyət çəkən rayonlarına kömək məqsədilə xeyriyyə hərracı keçirir.

Sportfm.az xəbər verir ki, azarkeşlər xüsusi yaradılmış saytda pilotlar və komandalar tərəfindən keçirilən lotereyada iştirak edirlər. Hərracda oynanılan uduşlar arasında Kevin Maqnussenin Avstraliya Qran-Prisində çıxış edəcəyi dəbilqəsi, Daniel Rikkardonun idman əlcəkləri və ayaqqabıları, Aleks Elbon, Maks Ferstappen, Daniil Kvyat və Roman Qrojanın keçənilki idman geyimləri də olacaq.

Lotereyaya, eyni zamanda, pilot və komanda rəhbərləri ilə görüşlər, gəzintilər, Ross Braunla nahar və sair daxildir. Toplanan bütün vəsait xeyriyyə fondlarına göndəriləcək.

Oxşar xəbərlər

Avstraliya Qran-prisində qalib bəlli oldu - Formula 1
Hemilton Türkiyə Qran-prisində cəzalandı - Formula 1
İkinci sərbəst yürüş başladı - Formula 1
Sebastyan Fettelin dəbilqəsi 225 minə satıldı - Formula 1
Formula 1: Azərbaycan Qran Prisində rekord təzələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər