reklam
Formula 1: Azərbaycan Qran Prisində rekord təzələndi
Sportfm.az xəbər saytı

Formula 1: Azərbaycan Qran Prisində rekord təzələndi


Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran Prisində 3-cü yer tutan "William" komandanın kanadalı sürücü Lance Stroll rekorda imza atıb.
"Report"un Formula 1-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, 18 yaş 239 gün olan kanadalı sürücü bu idman növünün tarixində podiuma çıxan ən gənc Formula-1 debütantı olub.
Əvvəlki rekord Lance Strolldan 19 gün böyük olan və keçən il İspaniya Qran Prisini qazanan hollandiyalı pilot Max Verstappenə məxsus idi.
Eyni zamanda, kanadalı idmançı Azərbaycan Qran Prisinin ən yaxşı sürücüsü nominasiyasında qalib olub.
Qeyd edək ki, dünənki yarışın qalibi "Red Bull" komandasının sürücüsü Daniel Ricciardo olub. İkinci yerə "Mercedes"in üzvü Valtteri Bottas çıxıb.

Oxşar xəbərlər

İspaniya Qran-prisinin qalibi Ferstappen oldu - "Formula 1"
Türkiyə Qran-prisinin qalibi bilindi - Formula 1
Formula 1 podiumuna ən gənc pilotlar qalxdı - FOTO
Hemilton Formula-1 İspaniya Qran-Prisində qalib oldu
Bakıya gəlmədən öncə birinci oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər