reklam
99 il sonra qalib gəldilər
Sportfm.az xəbər saytı

99 il sonra qalib gəldilər


“Bernli” klubu İngiltərə Premyer Liqasının 24-cü turunda səfərdə “Mançester Yunayted”i məğlub edib.

Sportfm.az xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan “Bernli” tarixi uğura imza atıb. Belə ki, Lankaşir təmsilçisi 99 il sonra ilk dəfə “Mançester Yunayted”i səfərdə məğlub etməyi bacarıb.

1962-ci ildən “Old Traffod”da qalib gələ bilməyən “Bernli”, ümumilikdə “qırmızı şeytanlar”ı səfərdə sonuncu dəfə 1921-ci ildə udub.

Şon Dayçın rəhbərlik etdiyi “Bernli” hazırda Premyer Liqada 13-cü sıradadır.

Oxşar xəbərlər

"Qırmızı şeytanlar" bunu ancaq 5 ilə bacardılar - UĞUR
"Bernli" - "Mançester Yunayted" 1:1 - VİDEO
"Mançester Yunayted" – "Bernli" 3:1 - VİDEO
"Liverpul" 4 qola "qonaq edilərək" yola salındı
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər