reklam
Dünya Çempionatının loqosu təqdim olundu
Sportfm.az xəbər saytı

Dünya Çempionatının loqosu təqdim olundu


2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosunun təqdimat mərasimi olub.

Sportfm.az xəbər verir ki, Litvanın paytaxtı Vilnusdakı MO muzeyində keçirilən tədbirdə  təşkilatçı ölkənin futbol federasiyasının prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FİFA-nın turnirlər üzrə rəhbəri Jaime Yarzaın salamlama nitqindən əvvəl işıq şousu altında yeni loqo təqdim olunub. Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.

Qeyd edək ki, Avropa qitəsi üzrə iştirakçı komandalardan 4-nün adına bu ayın sonunda və fevralın əvvəlində keçiriləcək elit-raund mərhələsinin oyunlarından sonra aydınlıq gətiriləcək. Qalan iki komanda isə apreldə keçiriləcək pley-off oyunlarından sonra vəsiqə qazanacaq. Ümumilikdə isə evsahibi ölkə ilə birlikdə Avropanın 7 milli komandası mundialın final mərhələsində mübarizə aparacaq.

 

Oxşar xəbərlər

Millimizin rəqibləri müəyyənləşdi - Dünya çempionatı
Millinin “Tokio-2020” üçün forması təqdim edildi
Beynəlxalq dərəcəli hakimimiz yeni təyinat aldı
Avropa Oyunlarının loqosu təqdim olundu
Budapeştin Avro-2020 üçün loqosu təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər